Tibbi xəbərlər
Nadir parazit infeksiyası Hindistanda
Tibbi xəbərlər
24

Nadir parazit infeksiyası Hindistanda faciəyə səbəb oldu

Hindistanın Kerala ştatında "beyin yeyən amöb"ün səbəb olduğu nadir və son dərəcə təhlükəli beyin infeksiyası olan ilkin amöb meninqoensefalit xəstəliyi (PAM) ilə bağlı 61 hal qeydə alınıb, 19 nəfər vəfat edib.

E-saglam.az NDTV-yə istinadən bildirir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, infeksiya əvvəllər yalnız Kojikode və Malappuramda qeydə alınsa da, indi bütün ştat ərazisində aşkarlanır ki, bu da epidemioloji tədqiqatı çətinləşdirir.

İnfeksiyanın qurbanları olan vətəndaşlar 3 ay-91 yaş aralığında olublar.

©Report

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun