Faydalı
Kardioloq: Hər gün soğan yemək
Faydalı
113

Kardioloq: Hər gün soğan yemək ürəyə faydalıdır

Soğanın tərkibindəki kalium və güclü antioksidantlar ürək-damar xəstəliklərində qan təzyiqini sabit saxlamağa kömək edir.

E-saglam.az xəbər verir ki, bu barədə ispan kardioloqu Maqdalena Perello 20minutos-a danışıb.

Həkimin sözlərinə görə, soğanda olan quercetin təbii antioksidantdır və qan təzyiqini, xolesterin səviyyəsini, həmçinin orqanizmdəki iltihabı azaltmağa kömək edir. Bundan başqa, tərəvəz lif və vitaminlərlə zəngindir ki, bu da onu balanslı qidalanmanın mühüm hissəsinə çevirir.

Perello bildirib ki, soğanın əsas üstünlüklərindən biri də kaliumla zəngin olmasıdır. Kalium sinir impulslarının ötürülməsi, əzələlərin büzülməsi və ürək-damar sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu mineral orqanizmdə sintez olunmur və yalnız qida vasitəsilə qəbul edilir.

Kalium həm də artıq natriumun orqanizmdən çıxmasına yardım edir, bu da qan həcmini və damar divarlarına düşən yükü azaldır. Nəticədə qan təzyiqi normallaşa bilər.

Mütəxəssis əlavə edib ki, soğanın müntəzəm qəbulu yalnız ürək və damar sağlamlığına deyil, həm də qan şəkərinin idarə olunmasına kömək edir. Buna görə də, diabet xəstələri üçün də faydalı ola bilər. Soğan böyrəklərin fəaliyyətini də dəstəkləyir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun