Ev heyvanları ailənin sevimli üzvləri sayılsa da, onların tükləri bəzən allergiya, astma və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, heyvan tükləri əsasən it, pişik, dovşan, quş və digər ev heyvanlarında olur və sadəcə gözlə görünən tük parçaları deyil. Onların üzərində toz, tüpürcək, sidik və ya dəridən qopan zülal hissəcikləri də yapışa bilir. Məhz bu zülallar orqanizmdə allergik reaksiyalara səbəb olur.
Heyvan tükləri birbaşa xəstəlik yaratmasa da, onların daşıdığı toz, allergenlər və mikroskopik hissəciklər bəzi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Evcil heyvanları olan insanlar arasında tez-tez bu kimi hallara rast gəlinir. Maraqlıdır, bəs bu sağlamlıq problemləri hansılardır?
-
Allergik rinit – burun axması, asqırma, göz yaşarması ilə müşayiət olunur.
-
Astma – tük allergenləri astma tutmalarını tətikləyə bilər.
-
Dəri xəstəlikləri – qaşınma, səpgilər və ekzema yarana bilər.
-
Zoonoz xəstəliklər – bəzi hallarda heyvan tükləri vasitəsilə parazit və ya bakteriyalar (məsələn, göbələk infeksiyaları – trixofitiya) yayılır.
Yəni heyvan tüklərinə qarşı həssaslıq varsa, bu, allergiya və ya astmanın xəbərçisi ola bilər.
Nəzrin Abbas
E-saglam.az