Tibbi xəbərlər
Cəmi 50 metr getdikdən sonra baldırınıza kramp girirsə, diqqət!
Tibbi xəbərlər
237

Cəmi 50 metr getdikdən sonra baldırınıza kramp girirsə, diqqət! Bu, sadə yorğunluq deyil

Gəzərkən və ya pilləkən çıxarkən baldırda və ayaqlarda yaranan kramp və ağrılar çox zaman adi yorğunluq kimi qiymətləndirilir.

E-saglam.az xəbər verir ki, halbuki bu əlamətlər yüksək xolesterinin xəbərdaredici siqnalı ola bilər.

Həkimlər bildirirlər ki, bu cür ağrılar damarların xolesterinlə tıxandığını və orqanlara qan axınının zəiflədiyini göstərə bilər. Xüsusilə ayaqlarda hiss edilən kramp və gərginlik əzələlərə oksigen çatışmazlığından xəbər verir.

Yüksək xolesterin niyə təhlükəlidir?

Pis xolesterin (LDL) qanda yığıldıqda damar divarlarında lövhələr əmələ gətirir. Bu da zamanla damarların daralmasına səbəb olur. Problem dərinləşənə qədər çox vaxt heç bir əlamət vermir, bu səbəbdən “səssiz qatil” adlanır. Simptomlar yalnız damarlar ciddi şəkildə daraldıqda ortaya çıxır.

Bədən hansı siqnalları verir?

Ayaqlarda: Gəzmə zamanı baldırlarda kramp və ağrı, istirahətlə keçib yenidən yaranırsa, bu periferik arteriya xəstəliyinə işarədir.
Sinədə: Məşq və ya stres zamanı sinədə ağırlıq və ya ağrı – koronar arteriyaların tıxanmasının göstəricisi ola bilər.
Beyində: Başgicəllənmə, danışma çətinliyi, qəfil baş ağrısı və ürəkbulanma – beyin damarlarında tıxanmanın əlamətidir.
Kişilərdə: Erektil disfunksiya da ayaq damarlarında qan dövranının zəifləməsindən qaynaqlana bilər.

Səbəblər nədir?

Yüksək LDL xolesterinin əsas səbəbləri arasında:
– yağlı və şəkərli qidaların çoxluğu,
– artıq çəki və piylənmə,
– bəzi dərmanlar (doğuşa nəzarət həbləri, kortizon və s.),
– və qadınlarda menopoz sonrası hormonal dəyişikliklər var.

Əgər bu əlamətlər sizdə varsa, bunu sadəcə yorğunluq və ya yaşlanma ilə əlaqələndirməyin. Sadə bir qan analizi ilə xolesterol səviyyənizi yoxlamaq həyati önəm daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun