Tibbi xəbərlər
Canan Karatay xəbərdarlıq etdi:
Tibbi xəbərlər
274

Canan Karatay xəbərdarlıq etdi: Bu 4 yay meyvəsindən uzaq durun

Yay aylarında meyvə bolluğu sağlamlıq baxımından faydalı görünsə də, məşhur türkiyəli professor Canan Karatay bəzi meyvələrin nəzarətsiz istehlakının təhlükəli ola biləcəyini bildirib.

E-saglam.az bildirir ki, o, xüsusilə şəkər xəstələri və metabolik pozuntusu olan insanların diqqətli olması barədə xəbərdarlıq edib.

Albalı

Canan Karatay bu il kənd təsərrüfatında yaşanan şaxtanın albalı qiymətlərinə təsir etdiyini qeyd edib və bu meyvənin şəkər xəstələri üçün xüsusilə riskli olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeməkdən dərhal sonra meyvə yemək qanda şəkərin kəskin artmasına səbəb ola bilər. Bu səbəbdən də meyvənin qəlyanaltı kimi qəbul edilməsi düzgün deyil.

Ərik

Əriklə bağlı da xəbərdarlıq edən Karatay bildirib ki, bu meyvədə şəkərin miqdarı olduqca yüksəkdir. O, imkan daxilində zərdək (çiy ərik) istehlak edilməsini tövsiyə edib. Həkim əlavə edib ki, Türkiyədə satışda olan bir çox nektarinin geni dəyişdirilmiş olur, buna görə də nektarin əvəzinə şaftalı seçmək daha sağlamdır.

Qarpız, qovun, əncir və üzümə

Karatay xüsusilə dörd yay meyvəsini sadalayaraq onların sidik turşusunu və trigliseridi artırdığını bildirib: qarpız, qovun, əncir və üzüm. Onun sözlərinə görə, bu meyvələr yalnız şəkər və böyrək problemi olanlar üçün deyil, sağlam insanlar üçün də ehtiyatla istehlak edilməlidir.

Tünd rəngli meyvələrə üstünlük verin

Sonda Karatay böyürtkən, gavalı və qara tut kimi tünd rəngli meyvələrin daha faydalı olduğunu qeyd edərək onların antioksidant baxımından daha zəngin olduğunu vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun