Sağlamlıq
Narkoloq axşamlar "bir stəkan pivə"nin
Sağlamlıq
262

Narkoloq axşamlar "bir stəkan pivə"nin bədənə təsirini açıqlayıb

Alkomed klinikasının narkoloqu Andrey Tyurin axşam saatlarında müntəzəm olaraq spirtli içki, xüsusilə pivə qəbul etməyin düşündüyümüz qədər zərərsiz olmadığını bildirib. O, alkoqolizmin başlanğıc mərhələlərinin çox vaxt məhz bu “günlük vərdiş”lə başladığını deyib.

E-saglam.az xəbər verir ki, Tyurin Lenta.ru-ya verdiyi açıqlamada vurğulayıb ki, bir çox insan özünü “alkoqol aludəçisi” saymasa da, müntəzəm və kiçik dozalarda spirt qəbulu asılılıq üçün zəmin yaradır.

“Mən içki düşkünü deyiləm, sadəcə bir stəkan içirəm” – bu ifadə təhlükənin ilk işarəsidir,” – deyə narkoloq bildirib.

Pivənin tərkibindəki etanol və dofamin bağımlılığı artırır

Narkoloq izah edir ki, pivədəki etanol maddəsi dofaminin – həzz hormonunun ifrazını stimullaşdırır. Zamanla beyin daha çox həzz almaq üçün daha yüksək dozalarda spirt tələb etməyə başlayır. Bu isə asılılıq dövrünün başlanğıcıdır.

Hormon balansına təsir göstərir

Tyurin qeyd edib ki, uzun müddət spirtli içkilərin qəbulu kişilərdə testosteron səviyyəsinin azalması, döş və qarın bölgəsində yağlanma, potensiya problemləri ilə nəticələnə bilər. Qadınlarda isə bu hal menstrual dövrün pozulması və erkən menopoz riski ilə müşahidə olunur.

Zərərli fəsadlar genişdir

Həkimin sözlərinə görə, gündəlik alkoqol istifadəsi, hətta kiçik dozalarda olsa belə, aşağıdakı ciddi sağlamlıq problemlərinə yol aça bilər:

  • Qaraciyərin piylənməsi (steatoz)

  • Sidik-cinsiyyət sistemi xəstəlikləri

  • Depressiya və emosional dəyişkənlik

  • Panik ataklar və əsəbilik

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun