Yemişanı "qoca ürəyin dərmanı" adlandırırlar. Lakin bu bitki tək yaşlılar üçün deyil, cavanlar üçün də çox faydalıdır.
E-saglam.az xəbər verir ki, yemişan ürək əzələsini möhkəmləndirir, təzyiqi salır, damarları genişləndirir, damarlarda xolesterolun yığılmasına mane olur.
Bundan əlavə yemişan sinir sistemi üçün də olduqca faydalıdır - sakitləşdirir, əsəbiliyi və gərginliyi azaldır, stress və nevroz zamanı yaxşı kömək edir, meteohəssaslıqla bağlı olan pozulmaların azalmasına kömək edir.
Ürəyinizi və sinirlərinizi möhkəmləndirmək istəyirsinizsə hər gün belə faydalı dəmləmə hazırlayın:
1 x.q. yemişan meyvələrini bir qədər əzin, üzərinə 1 stəkan isti su tökün və termosda 1 saat ərzində dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə edə bilərsiniz.
Dəmləməni 2-3 həftə ərzində için, effektini görəcəksiniz./saglamolun.az/