Yandex watch
Mədəniz bir daha yanmayacaq:

Reflü mədə turşusunun qida borusuna geri sızması nəticəsində yaranan həzm problemidir. Sinə nahiyəsində yanma, turş dad, xroniki öskürək və boğaz qıcıqlanması kimi əlamətlərlə özünü göstərir. Xüsusilə yeməkdən sonra və uzanarkən daha da güclənə bilər. Müalicə olunmadıqda yemək borusunda qıcıqlanma, çapıqlar və uzun müddətdə hətta xərçəng riskini artıra bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mədə həzmi asanlaşdırmaq üçün güclü turşu istehsal edir. Normalda bu turşunun qida borusuna keçməsinin qarşısını alan qapaq funksiyasını itirdikdə reflü yaranır. Bu, özofagusda iltihaba və qıcıqlanmaya səbəb ola bilər.

Reflünü təbii üsullarla idarə etmək mümkündür. Saqqız tüpürcək istehsalını artıraraq mədə turşusunu neytrallaşdırır. Bal antibakterial xüsusiyyətləri ilə qida borusunu qoruyur. Zəncəfil mədə yanmasını azaldır, probiotiklərlə zəngin qidalar isə həzm sistemini dəstəkləyir. Alma sirkəsi mədə turşusunu balanslaşdırmağa kömək edir, sink isə iltihabı azaldır və yemək borusunu qoruyur.

Reflünün qarşısını almaq üçün yağlı və turşulu qidalardan çəkinmək, yeməkdən dərhal sonra uzanmamaq, həddindən artıq yeməmək vacibdir. Yüngül fiziki fəaliyyət mədə turşusunu tənzimləməyə kömək edə bilər. Uzunmüddətli reflü problemi olanların isə mütəxəssisə müraciət etməsi tövsiyə edilir. Düzgün qidalanma və sağlam həyat tərzi ilə reflü ilə mübarizə aparmaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az