Pediatr Pavel Berejanski soyuqdəymə və boğaz ağrısı zamanı tez-tez istifadə olunan limonlu çayın düşündüyümüz qədər faydalı olmadığını bildirib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, sitrus meyvələrində olan C vitamini həqiqətən də immun sistemini dəstəkləyir. Lakin bu vitamin daha çox profilaktik məqsədlə, yəni xəstəlik başlamazdan əvvəl qəbul edildikdə virus və bakteriyalara qarşı müqaviməti artırır.
Berejanski qeyd edib ki, xəstəlik artıq başlayandan sonra C vitamini qəbul etmək əksər hallarda gözlənilən effekti vermir. Bu səbəbdən soyuqdəymə zamanı limonlu çayın müalicəvi təsirinə həddindən artıq ümid etmək düzgün deyil.
Həkim əlavə edib ki, sitrus meyvələri bəzi hallarda soyuqdəymə zamanı narahatlığı artıra bilər. Limonun turşuluğu iltihablanmış boğaz və selikli qişanı qıcıqlandıraraq ağrını daha da gücləndirə bilər. Bu səbəbdən belə içkilərdən istifadə edərkən ehtiyatlı olmaq tövsiyə olunur.
Tərcümə: Könül Oruc