Tibbi xəbərlər
Kliniki Tibbi Mərkəzdə elektron növbə sistemi
Tibbi xəbərlər
146

Kliniki Tibbi Mərkəzdə elektron növbə sistemi istifadəyə verilib

Tibb müəssisələrində göstərilən xidmətlərin müasir standartlara uyğunlaşdırılması, əhalinin səhiyyə xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etməsi məqsədilə TƏBİB tərəfindən bir sıra yeniliklər həyata keçirilir.

E-saglam.az xəbər verir ki, bu yeniliklərdən biri də xəstəxanalarda elektron növbə sisteminin qurulması və bu sistemin bütün ölkə üzrə işlək vəziyyətə gətirilməsidir. 

Kliniki Tibbi Mərkəzdə (KTM) bundan sonra əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında həyata keçiriləcək. Mərkəzə gələn vətəndaşlar 2 və 3-cü korpuslarda quraşdırılmış elektron növbə monitorlarından növbə götürməklə xidmətlərdən istifadə edəcəklər. 

Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir. Növbəti mərhələdə KTM-in tabeliyində fəaliyyət göstərən modul tipli xəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə 1-ci korpus (Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə tutulub.

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun