Türkiyəli məşhur ürək və daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Canan Karatay sağlam yaşlanmaq istəyənlərə Omeqa-3 qəbul etməyi tövsiyə edir.
E-saglam.az xəbər verir ki, Karatay bunu üçün kətan toxumundan bol-bol istifadəni məsləhət bilir.
Çünki kətan toxumu qocalmanı gecikdirir və xroniki xəstəliklərdən qoruyur.
Kətan toxumunun faydaları
Kətan toxumu omeqa-3 yağ turşuları, lif, zülal, vitamin və minerallarla zəngindir. Ürək sağlamlığını dəstəkləyir və həzm sistemini tənzimləyir. Antioksidant xüsusiyyətlərə malik olan kətan toxumu dəri sağlamlığını dəstəkləyir və çəki idarə etməyə kömək edir.
Kətan toxumu həmçinin qan şəkərini nəzarətdə saxlamağa, iltihabı azaltmağa və immunitet sistemini gücləndirməyə kömək edir.
Kətan toxumu qəbizlik problemlərinə qarşı təsirlidir. Tərkibində sümük sağlamlığını dəstəkləyən kalsium və maqnezium kimi minerallar da var.
Kətan toxumları tərkibindəki alfa-linolenik turşu sayəsində beyin sağlamlığını dəstəkləyir, yaddaşı gücləndirir.
Ona görə də qidalanmamızda müntəzəm olaraq istifadə edilməlidir./Bakupost.az