Tibbi xəbərlər
Kardioloq yüksək təzyiqi sala bilən
Tibbi xəbərlər
111

Kardioloq yüksək təzyiqi sala bilən 4 qidanı açıqladı

Kardioloq Devid Sabgir yüksək qan təzyiqini azaltmağa kömək edən qidalar haqqında danışıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, düzgün qidalanma hipertoniya ilə mübarizədə dərmanlarla yanaşı mühüm rol oynayır.

Mütəxəssis bildirib ki, kaliumla zəngin qidalar qan təzyiqinin tənzimlənməsində xüsusi əhəmiyyət daşıyır. Kalium natriumun mənfi təsirini zəiflədir, bədəndən artıq mayenin xaric olmasına kömək edir və damar divarlarına düşən təzyiqi azaldır.

Həkim təzyiqi aşağı salmağa kömək edən dörd əsas qidanın adını çəkib. Bunlardan biri banandır. Banan damarların rahatlamasına kömək edən təbii kalium mənbəyi hesab olunur.

Sabgir həmçinin avokadonun da faydalı olduğunu bildirib. Bu meyvə kaliumla yanaşı ürək sağlamlığı üçün vacib olan doymamış yağlar və liflə zəngindir.

Onun sözlərinə görə, moruq, qaragilə və böyürtkən kimi giləmeyvələr də qan təzyiqinə müsbət təsir göstərir. Bu meyvələrdə olan antosiyanin adlı güclü antioksidantların təzyiqi tədricən aşağı sala bildiyi qeyd olunur.

Kardioloq əlavə edib ki, kivi də yüksək C vitamini tərkibi ilə diqqət çəkir. Aparılan araşdırmalar gündəlik kivi istehlakının sistolik qan təzyiqinin azalmasına kömək edə biləcəyini göstərir.

Mütəxəssis vurğulayıb ki, bu qidaların gündəlik rasiona daxil edilməsi hipertoniya riskini azaltmağa və müalicənin effektivliyini artırmağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun