Sağlamlıq
İsti havada ən çox içilən
Sağlamlıq

İsti havada ən çox içilən "Coca-Cola"nın ziyanları: Saymaqla bitməz

Ölkəmizdə ən çox istehlak edilən içkilərdən biri olan "Coca-Cola"nın tərkibində qazlı su, şəkər, kofein, fosfor turşusu, karamel var.

E-saglam.az xəbər verir ki, mütəxəssislər yeməklə birlikdə "Coca-Cola" içməyin orqanizmə vurduğu zərərlə bağlı ciddi xəbərdarlıqlar edir. "Cebhe.info" "Coca-Cola"nın zərərlərini təqdim edir:

- Bu içki yüksək kalorili olması ilə uşaqlıqdan kökəlməyə dəvət edir. Bir litrinin tərkibində təxminən 400 kalori var. Qan şəkərini artıran "Coca-Cola" orqanizmin yağ saxlama mexanizmini işə salır. Qan şəkərinin qəfil yüksəlməsinə, daha sonra birdən düşməsinə səbəb olur.

- "Coca-Cola"nın tərkibindəki kofein yuxu problemlərinə və stressə səbəb olur. Tərkibindəki turşu kofeinlə birləşdikdə 60 dəqiqə ərzində orqanizmdəki vitaminləri parçalayır və beləliklə vitamin çatışmazlığı yaranır.

- İçkinin istehsalı zamanı qan şəkərindəki dalğalanmalar bir çox xəstəliklərə, xüsusilə də ürək-damar xəstəliklərinə səbəb olur.

- Dəri problemlərinə səbəb olur. Hər gün bu içkidən içmək dəriyə siqaret qədər təsir edir və zamanla dəridə qırışlar əmələ gəlir.

- "Coca-Cola"nın tərkibindəki fosfor sümüklərin yumşalmasına və əriməsinə səbəb olan hormonların ifrazının artmasına səbəb olur. Xüsusilə qadınlarda görülən osteoporoz daha erkən yaşlarda görünməyə başlayır.

- Mədədə həzmsizliyə səbəb ola bilir. Mədəmiz quruluşuna görə PH dəyərini sabit saxlayır. Lakin içkinin PH dəyəri 3,4-ə yaxın olduğu üçün mədə PH dəyərini tarazlaşdırmaqda çətinlik çəkir və mədə turşusu istehsal etməyə başlayır. Mədə turşusunun artması həzm sisteminin pozulmasına səbəb olur.

- Bundan başqa, "Coca-Cola"nın tərkibindəki turşu mədədən ifraz olunan fermentlərin miqdarını azaldır. Mədəyə bütün bu zərərlər qastrit, mədə xorası və hətta mədə perforasiyasına səbəb ola bilər.

"Coca-Cola" 10 dəqiqə ərzində qan dövranı sisteminə daxil olur. Normalda bu qədər şəkər yükü olan bir içki bir insanın qusmasına səbəb olar, lakin tərkibindəki fosfor turşusu bu hissin qarşısını alır və insanı nəzarət altında saxlayır. Qan şəkəri ilk 20 dəqiqə ərzində yüksəlməyə başlayır. Bu, insulinin artmasına səbəb olur. Bu hormonun ifrazı ilə qaraciyər şəkəri yağa çevirməyə başlayır. Kofeinin udulması ilk 40 dəqiqə ərzində tamamilə baş verir. Kofein səbəbiylə sinir sistemi təsirlənir və göz bəbəyi genişlənir. Artan qan təzyiqi ilə qaraciyər qan dövranına daha çox şəkər gətirir. İlk 45 dəqiqədə bədən dopamin istehsal edir və beynin həzz mərkəzi stimullaşır. 60 dəqiqədən sonra yüksək dozada şəkər səbəbindən sidiklə kalsium ifrazı artır.

Bu, bədəndə şəkərin parçalanmasına başlayır. Şəkər o qədər tez sorulur və yandırılır ki, bədəndə çökmə, yorğunluq vəziyyəti başlayır.(turkustan.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun