Xəbərlər
İsmayıllıda qeysəriyyə əməliyyatı zamanı körpə tələf olub
Xəbərlər
120

İsmayıllıda qeysəriyyə əməliyyatı zamanı körpə tələf olub

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına iyunun 28-də saat 18:30 radələrində 1988-ci il təvəllüdlü hamilə qadın uşaqlıq yolundan qanlı, laxtaşəkilli ifrazatla müraciət edib.

E-saglam.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"İyunun 28-i saat 18:30-da 1988-ci il təvəllüdlü hamilə qadın uşaqlıq yolundan qanlı, laxtaşəkilli ifrazatla İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Aparılan müayinəyə və həyati göstərişlərə əsaslanaraq ona təcili "qeysəriyyə kəsiyi" əməliyyatı icra edilib. Klinik diaqnoza görə, 40 həftəlik hamiləlik zamanı cift vaxtından əvvəl ayrılıb, bu səbəbdən qanaxma yaranıb və döl tələf olub", - deyə məlumatda qeyd olunub.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun