Qidalanma
İnsult riskini artıran ümumi
Qidalanma
189

İnsult riskini artıran ümumi bir məhsul müəyyən edilib

Pəhrizdə həddindən artıq şəkər insult və ürək-damar xəstəlikləri riskini artırır.

E-saglam.az xəbər verir ki, kardioloq Dmitri Orlov bu geniş yayılmış məhsulun təhlükələri barədə xəbərdarlıq edib.

Həkimə görə, uzun müddət artıq şəkərlə qidalanmaq qan damarlarını və ürəyi tədricən zəiflədir. Bu proses qan təzyiqinin yüksəlməsinə, ateroskleroz və diabetin inkişafına zəmin yaradır və nəticədə insult və ya infarktla nəticələnə bilər.

Orlov yalnız tort və konfet kimi açıq-aşkar şirniyyatları deyil, gizli şəkər mənbələrini də təhlükəli hesab edir. Qazlı içkilər, qablaşdırılmış şirələr, şirinləşdirilmiş qatıqlar, souslar və emal olunmuş qidalar gündəlik pəhrizdə fərqsiz şəkildə yüksək miqdarda şəkər ehtiva edir.

Kardioloq şəkəri tamamilə pəhrizdən çıxarmağı dəstəkləmir, lakin istehlakını minimuma endirməyi tövsiyə edir. Şəkərli içkiləri aradan qaldırmaq, desert istehlakını azaltmaq və bəzi şirniyyatları meyvə və qoz-fındıqla əvəz etmək bu istiqamətdə atıla biləcək ilk addımlardır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Taglər

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun