Əzələ itkisi sarkopeniyaya səbəb ola bilər.
E-saglam.az-ın məlumatına görə, Piroqov Universitetinin Rusiya Gerontologiya Tədqiqat və Klinik Mərkəzinin direktoru Olqa Tkaçeva insanın əzələ kütləsini hansı yaşdan itirməyə başladığını izah edib.
Mütəxəssisin sözlərinə görə, insanın əzələ gücü və funksional qabiliyyəti 30–35 yaşları arasında pik həddə çatır. Bu yaşdan etibarən əzələ kütləsi tədricən, amma davamlı şəkildə azalmağa başlayır.
“Təxminən bu yaşdan etibarən insan hər 10 ildə orta hesabla əzələ kütləsinin 3–5%-ni itirir. Əvvəlcə bu demək olar ki, hiss olunmur, lakin zaman keçdikcə əzələ gücü və dözümlülüyün azalması sarkopeniyanın inkişafına yol açır”, – deyə ekspert qeyd edib.
Sarkopeniya yaşlı yetkinlərdə əzələ gücünün əhəmiyyətli dərəcədə azalması ilə xarakterizə olunur. Bu vəziyyət 60 yaşdan yuxarı insanların 10–27%-ində müşahidə olunur və 80 yaşdan sonra yayılma 50%-ə çata bilər.
Sarkopeniyanın inkişafını sürətləndirən əsas amil isə fiziki hərəkətsizlikdir.
Tərcümə: Könül Oruc