Tibbi xəbərlər
İltihabı azaldan və ürək sağlamlığını yaxşılaşdıran
Tibbi xəbərlər
12

İltihabı azaldan və ürək sağlamlığını yaxşılaşdıran bir məhsul kəşf edilib

Böyük Britaniyadakı Anglia Ruskin Universitetinin alimləri ilk dəfə olaraq bambukun qida və müalicəvi xüsusiyyətləri haqqında mövcud elmi məlumatları ümumiləşdiriblər.

E-saglam.az-ın məlumatına görə,"Advances in Bamboo Science" jurnalında dərc olunmuş bir araşdırmaya görə, bitkinin tumurcuqları bir sıra dəyərli xüsusiyyətlərə malikdir. Xüsusilə, bambuk zəngin qida profilinə malikdir - orta miqdarda lif, protein, amin turşuları, selen, kalium və A, B6 və E vitaminləri ehtiva edir.

Tədqiqatlar həmçinin bambukun qan şəkərinin səviyyəsini tənzimləyə, iltihabı azalda, antioksidan aktivliyi artıra və bağırsaq sağlamlığını yaxşılaşdıra biləcəyini göstərib. Bundan əlavə, müəyyən bitki birləşmələri qızartma prosesi zamanı zəhərli maddələrin (məsələn, akrilamid) əmələ gəlməsini maneə törədə bilər.

İctimai səhiyyə professoru, aparıcı müəllif Li Smit bildirib ki, bambuk artıq Asiyanın bəzi yerlərində qida kimi geniş istifadə olunur və onun dünyada sağlam və davamlı pəhriz əlavəsi olmaq üçün böyük potensialı var.

Lakin alimlər xəbərdarlıq edirlər ki, bəzi xam bambuk növlərində siyanid ifraz edə bilən maddələr var, buna görə də bitki düzgün hazırlanmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun