Yuxu mütəxəssisi Deborah Li oyandıqdan ən az 45 dəqiqə sonra qəhvə içməyə çağırıb.
E-saglam.az xəbər verir ki, Li deyir ki, ayıqlığı və konsentrasiyanı artıran, maddələr mübadiləsini və immunitet sistemini tənzimləyən stress hormonu kortizolun səviyyəsi insan oyandıqdan dərhal sonra zirvəyə çatır.
“Kortizol səviyyəsi oyandıqdan sonra 30-45 dəqiqə ərzində zirvəyə çatır və sonra gün ərzində yavaş-yavaş azalır. Buna görə də insanlar özlərini ən çox səhərlər aktiv, axşam isə yorğun hiss edirlər. Qəhvə içmək üçün ən yaxşı vaxt, kortizol səviyyəsinin xeyli aşağı olduğu və hətta enerjinizdə bir azalma hiss edə biləcəyiniz səhərin ortalarıdır”, -deyə izah etdi.
Li əlavə edib ki, yatmazdan altı saat əvvəl kofe içməyi dayandırmaq tövsiyə olunur. Bundan əlavə, o, axşamlar qazlı və enerji içkiləri içməməyi, əksinə, bitki çayı seçməyi tövsiyə edib.
Könül Oruc