Qida Mühəndisi, professor İsmayıl Yılmaz, Ramazan iftarında süd əsaslı desertlərin şərbətli desertlərdən daha sağlam seçim olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, o qeyd edib ki, orucun təxminən 15 saat davam etməsi səbəbindən iftar zamanı düzgün qida seçimi sağlamlıq üçün xüsusi önəm daşıyır.
Professor Yılmaz şərbət əsaslı desertlərin qan şəkərində qəfil artıma səbəb olduğunu, yüksək qlikemik indeksə malik olduqları üçün iftardan sonra sağlamlıq üçün risk yarada biləcəyini vurğulayıb. Onun sözlərinə görə, süd əsaslı desertlərin qlikemik indeksi daha aşağıdır və buna görə də daha təhlükəsiz və faydalıdır.
Ramazanda ən çox istehlak edilən desertlərdən biri olan güllaçın da porsiya nəzarəti ilə yeyilməli olduğunu deyən Yılmaz əlavə edib: “Güllaçı tək dilim, orta miqdarda istehlak etmək məsləhətdir. Böyük porsiyalar nişasta və şəkər tərkibinə görə mənfi təsir göstərə bilər. Süd, qoz-fındıq və meyvə əlavə olunduğunu nəzərə alaraq miqdara diqqət etmək vacibdir. Mühəlləbi və qazandibi kimi süd əsaslı desertlər daha sağlam seçimdir və tək porsiya şəklində yeyilməlidir”.
Professor Yılmaz həmçinin iftar zamanı yaşıl yarpaqlı tərəvəzlərlə hazırlanmış salat yeməyin əhəmiyyətini vurğulayıb. Aclıqdan qaynaqlanan sürətli yemək istəyinin qarşısı alınmalı, yemək prosesi tədricən və yavaş şəkildə aparılmalıdır. Onun sözlərinə görə, iftarı 10–15 dəqiqəyə deyil, təxminən yarım saata yaymaq həzm və qidalanma baxımından daha faydalıdır.
Tərcümə: Könül Oruc