Sağlamlıq
İçməli suda təhlükə: Su qabını bu yerdə saxlayırsınızsa,
Sağlamlıq
9

İçməli suda təhlükə: Su qabını bu yerdə saxlayırsınızsa, dərhal götürün

Gündəlik su ehtiyacını ödəmək üçün qablaşdırılmış suya üstünlük verənlər üçün vacib xəbərdarlıq edilib.

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, evdə bidon (demijon) və ya qablaşdırılmış suyun harada saxlanılması onun təhlükəsizliyinə birbaşa təsir edir.

Mütəxəssislərin sözlərinə görə, suyun keyfiyyəti təkcə markadan və ya istifadə olunan dispenser sistemindən asılı deyil. Suyun saxlanıldığı yer də böyük əhəmiyyət daşıyır. Aparılan bəzi tədqiqatlar göstərib ki, uyğun olmayan şəraitdə saxlanılan qablaşdırılmış suda bakteriya və digər mikroorqanizmlərin yaranma riski artır. Bu barədə araşdırmalar "World Health Organization" və müxtəlif universitetlərin səhiyyə departamentləri tərəfindən də diqqətə çatdırılıb.

Mütəxəssislər bildirirlər ki, bidonların birbaşa günəş işığı düşən yerlərdə saxlanılması təhlükə yarada bilər. Günəş şüaları suyun tərkibindəki bəzi minerallarla reaksiyaya girərək yosun əmələ gəlməsinə səbəb ola bilər. Bu isə suyun dadını dəyişdirməklə yanaşı, onun keyfiyyətini də aşağı sala bilər.

Bundan başqa, günəş şüaları plastik qabın kimyəvi quruluşuna da təsir edə bilər. Bu halda plastik materialın bəzi maddələrinin suya keçmə ehtimalı artır.

Mütəxəssislər həmçinin bidonların yüksək temperatur olan yerlərdə – məsələn, soba və ya radiator yaxınlığında saxlanılmasının da riskli olduğunu bildirirlər. Belə şəraitdə plastik qabların tərkibində olan Bisphenol A (BPA) maddəsi suya qarışa bilər.

BPA maddəsinin insan orqanizmində hormonlara bənzər təsir göstərdiyi və endokrin sistemə mənfi təsir edə biləcəyi bildirilir. Bu isə reproduktiv sağlamlıq və maddələr mübadiləsi ilə bağlı problemlərə səbəb ola bilər.

Mütəxəssislər qablaşdırılmış suyun sərin, qaranlıq və günəş işığından uzaq yerlərdə saxlanılmasını tövsiyə edirlər. Bu, suyun keyfiyyətinin və təhlükəsizliyinin qorunmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun