İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi bir il uzadılır.
E-saglam.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyi Prezident İlham Əliyev təsdiqləyib.
Dəyişikliklə, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182, № 12 (II kitab), maddələr 1332,1348; 2025, № 1, maddə 16, № 3, maddə 218, № 8, maddə 743, № 11, maddə 1008; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 16-4.4-1-ci maddəsində "2026-cı" sözləri "2027-ci" sözləri ilə əvəz edilir.
Bu qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.