Sağlamlıq
Hər evdə edilən bu səhv,
Sağlamlıq
123

Hər evdə edilən bu səhv, ard-arda asqırmağa səbəb olur

Evdə keçirilən vaxtın artması bəzi təmizlik vərdişlərini sağlamlıq üçün təhlükəli hala gətirir. Mütəxəssislərə görə, Türkiyədə demək olar ki, hər evdə edilən sadə bir təmizlik səhvi, allergiyası olmayan insanlarda belə burun axıntısı və ard-arda asqırma tutmalarına yol aça bilər.

E-saglam.az-ın məlumatına görə, təmizlik zamanı havaya qalxan toz və allergenlər ən böyük səbəblərdən biridir. Tozsoranın torbası dolu və ya filtri tıxanmış olduqda, çəkilən tozun bir hissəsi yenidən ətrafa yayılır. Bu, xüsusilə allergiyası olan şəxslərdə burun axıntısı, asqırma və boğaz qıcıqlanmasına səbəb ola bilər.

Həkimlər bildirirlər ki, ev tozu, polen, kif sporları və digər allergenlər, fərqinə varmadan tənəffüs edildikdə, immunitet sisteminin həddindən artıq reaksiya verməsinə gətirib çıxarır.

Xalça və pərdələr allergen yuvasıdır

Tez-tez yuyulmayan xalçalar, pərdələr və yataq dəstləri toz gənələri üçün ideal mühit yaradır. Qış aylarında pəncərələrin az açılması səbəbilə bu allergenlər evdə toplanır. Təmizlik zamanı bu maddələr havaya qalxaraq allergen buludu əmələ gətirir.

Mütəxəssislər xalça və pərdələrin ayda ən azı bir dəfə yuyulmasını, yataq və yorğanların mütəmadi havalandırılmasını və evin gündə bir neçə dəfə havalandırılmasını tövsiyə edirlər.

Kimyəvi qoxular da zərərli ola bilər

Təmizlikdən sonra istifadə edilən otaq spreyləri və güclü ətirli yuyucu vasitələr də tənəffüs yollarını qıcıqlandıra bilər. Bu məhsullardakı dəyişkən üzvi birləşmələr (VOC) uzun müddətə məruz qalındıqda xroniki tənəffüs problemlərinə yol aça bilər.

Kimya mütəxəssisləri mümkün qədər təbii və qoxusuz təmizlik vasitələrinə üstünlük verilməsini, təmizlikdən sonra isə otaqların yaxşı havalandırılmasını məsləhət görürlər.

Mütəxəssislərin tövsiyələri

  • Təmizlik zamanı maskadan istifadə edin ki, allergenlərin nəfəsə keçməsi azalsın.

  • Tozun havaya yayılmaması üçün filtrli süpürgələrdən istifadə edin.

  • Evi gündə ən azı iki dəfə, səhər və axşam havalandırın.

  • Pərdə, xalça və yataq dəstlərini mütəmadi yuyun.

  • Güclü ətirli kimyəvi məhsullar əvəzinə təbii, qoxusuz təmizlik vasitələrinə üstünlük verin.

Mütəxəssislər xəbərdarlıq edirlər: “Sadə görünən bu vərdişlər, fərqinə varmadan immunitet sisteminizi davamlı olaraq xəbərdar edir və həyat keyfiyyətinizi aşağı salır”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun