Faydalı
Həm dadlı, həm sağlıqlı -
Faydalı
188

Həm dadlı, həm sağlıqlı - qarğıdalının faydaları

Qarğıdalı həm dadlı, həm də faydalı bir bitkidir. O, tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir çox müsbət təsirə malikdir.

E-saglam.az xəbər verir ki, əsasən yay aylarında daha çox istifadə olunur və qaynadılmış, qızardılmış və ya konservləşdirilmiş şəkildə yeyilə bilər.

Qarğıdalı liflə zəngindir. Bu, həzmi yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Mədə-bağırsaq sisteminin düzgün işləməsinə kömək edir. Eyni zamanda uzun müddət toxluq hissi yaradır.

Bu bitki B qrupu vitaminləri ilə də zəngindir. Bu vitaminlər sinir sistemini gücləndirir, yaddaşı və beyin fəaliyyətini dəstəkləyir. Yorğunluq və halsızlıq hissini azaltmağa yardımçı olur.

Qarğıdalı kalium və maqnezium kimi minerallar da ehtiva edir. Bu minerallar ürək-damar sağlamlığını qoruyur, qan təzyiqini tənzimləməyə kömək edir.

Antioksidantlarla zəngin olan qarğıdalı hüceyrələrin zədələnməsinin qarşısını alır. Bu, xərçəng və digər xroniki xəstəliklərin riskini azaldır. Dərinin sağlam və parlaq qalmasına da dəstək verir.

 

Qarğıdalı qlütensizdir. Bu səbəblə, qlütənə həssas olan insanlar da rahatlıqla istifadə edə bilərlər. Amma çox miqdarda və yağda bişirilmiş halda yemək tövsiyə olunmur. Balanslı şəkildə istifadə edildikdə, qarğıdalı sağlam qidalanmanın dadlı bir hissəsinə çevrilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun