Tibbi xəbərlər
Həkim yüksək təzyiq üçün sağlam bir
Tibbi xəbərlər
10

Həkim yüksək təzyiq üçün sağlam bir tərəvəz tövsiyə etdi

Ümumi praktikant həkim Əmir Xan yüksək təzyiqdən əziyyət çəkən insanlara çuğundur yeməyi və ya çuğundur suyu içməyi tövsiyə edib.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, qidalanma tərzi qan təzyiqinə birbaşa təsir göstərir. Hipertoniyası olan şəxslərə duz qəbulunu azaltmaq və kaliumla zəngin qidalar, o cümlədən banan istehlak etmək məsləhət görülür.

Əmir Xan bildirib ki, çuğundur qan təzyiqinin aşağı düşməsinə kömək edə bilər. Onun tərkibində olan nitrat maddəsi orqanizmdə azot oksidinə çevrilir və bu da qan damarlarının genişlənməsinə səbəb olur.

Mütəxəssis nəzərəçarpacaq təsir üçün gündə ən azı 250 millilitr çuğundur suyu içməyin faydalı ola biləcəyini qeyd edib.

Eyni zamanda o xəbərdarlıq edib ki, çuğundur suyu qan şəkərinin səviyyəsini yüksəldə bilər. Buna görə də diabet xəstələrinin bu məhsulu müntəzəm qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun