Qidalanma
Həkim xolesterolu yüksək olan
Qidalanma
153

Həkim xolesterolu yüksək olan qidaları açıqladı

Kardioloq Anton Vaxlyayev xolesterolu yüksək olan qidaları sadalayıb.

E-saglam.az xəbər verir ki, o bildirib ki, xolesterolun əsas mənbəyi doymuş yağlardır. Bu yağlar kolbasa, sosiska, bekon, yağlı qırmızı ət, kərə yağı, eləcə də bəzi bitki yağlarında — xüsusən hindistan qozu və xurma yağında — həmçinin orqan ətlərində, yəni beyin, qaraciyər, böyrəklər və ağciyərlərdə olur.

Ekspert qeyd edib ki, heyvan yağları ilə zəngin bütün qidalarda xolesterol yüksək olur. Xüsusilə süd məhsullarını — pendir, kərə yağı, qaymaq, xama və tam südü — həmçinin istisnasız olaraq bütün növ kolbasa və vetçinanı vurğulayıb.

Tez-tez xolesterolu artıran qida kimi göstərilən yumurta isə bu qədər birmənalı deyil. Həkimin sözlərinə görə, yumurta yüksək qida dəyərinə malik balanslı bir məhsuldur. Xolesterol sarısında yerləşir və xolesterol problemi olan insanlar istehlaklarını həftədə üç yumurta ilə məhdudlaşdırmalıdırlar. Lakin tərkibində bir çox faydalı maddələr olduğuna görə yumurtadan tamamilə imtina etmək tövsiyə edilmir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun