Psixologiya
Həkim stressdən qurtulmağın sadə yollarını
Psixologiya

Həkim stressdən qurtulmağın sadə yollarını açıqlayıb

Endokrinoloq Dilarə Lebedeva deyir ki, rəqs, gəzinti və digər əyləncəli fəaliyyətlər stressin öhdəsindən gəlməyə kömək edir.

E-saglam.az xəbər verir ki, o, teleqram kanalında stresdən qurtulmağın başqa sadə yollarından danışıb. 

Lebedevanın fikrincə, stressi norepinefrin, kortizol və adrenalin hormonları yaradır. Ancaq aktiv iş zamanı əzələlər onları yandıra bilər. Buna görə də fiziki fəaliyyət stresslə mübarizə aparmaq üçün ideal vasitədir. Üstəlik, bunun idman olması lazım deyil, deyə həkim əlavə edib.

Doktor Lebedeva insanları rəqs etməyə, yüksək səslə oxumağa, yeriməyə, əyilib-qalxmağa, dostları ilə evdə məşq etməyə və nəfəs məşqləri etməyə çağırıb.

Bu cür sadə üsullar kifayət etməyənlər daha intensiv fiziki fəaliyyətə müraciət edə bilərlər. Endokrinoloqun fikrincə, odun doğramaq, ümumi təmizləmə və ya bağ işləri stresin öhdəsindən gəlməyə kömək edəcək.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun