Endokrinoloq və dietoloq Yelena Çurakina Lenta.ru-ya verdiyi müsahibədə bildirib ki, qarpız toxumlarının yeyilməsi yalnız qismən təhlükəlidir.
E-saglam.az-ın məlumatına görə, yetişmiş qarpız toxumları təhlükəsizdir və dəmir, fol turşusu, maqnezium, likopen kimi faydalı maddələrlə zəngindir. Həkim qeyd edib ki, hər qidadakı kimi, bu toxumları da normada qəbul etmək lazımdır.
Eyni zamanda, şaftalı, ərik, albalı, gavalı, alma və armud çəyirdəklərini yemək məsləhət görülmür. Onların ləpəsində olan amigdalin bədəndə parçalandıqda zəhərli hidrosiyanik turşu əmələ gətirə bilər. Lakin bir neçə toxum təsadüfən yeyilsə, ciddi təhlükə yoxdur.
Üzüm toxumları isə antioksidantlarla zəngin olsa da, çox miqdarda istehlakı bağırsaq mukozasını qıcıqlandıraraq narahatlıq və qarın ağrısına səbəb ola bilər.
Tərcümə: Könül Oruc