Tibbi xəbərlər
Həkim böyük qarının gizli təhlükələri barədə
Tibbi xəbərlər
124

Həkim böyük qarının gizli təhlükələri barədə xəbərdarlıq edir

Çoxlu visseral yağın olması idrak funksiyalarını pisləşdirə bilər.

E-saglam.az xəbər verir ki, Ulster Universitetinin (Şimali İrlandiya) endokrinologiya professoru Aleks Miras böyük qarının bu açıq-aşkar təhlükəsi barədə xəbərdarlıq edib.

Endokrinoloqun fikrincə, kök insanların beyin həcmi çox vaxt normal çəkisi olan insanlardan daha kiçik olur. O, bunun dəqiq izahatının olmadığını, ancaq arıqladıqda əqli qabiliyyətlərin yaxşılaşdığı məlumdur.

"Visseral piy bütün orqanizmdə iltihaba səbəb olan zəhərli piy kütləsidir. O, hər yerdə baş verə bilər. Əgər ürəyin ətrafında piy varsa, o zaman orada iltihab yaranır və damarların daralmasına gətirib çıxarır", - deyə həkim izah edib.

O, əlavə edib ki, əgər beyində iltihab baş verərsə, bu, yaddaş və icra funksiyalarına, yəni diqqəti cəmləmək, təlimatları yadda saxlamaq və eyni vaxtda bir neçə işi yerinə yetirmək qabiliyyətinə təsir edən beyin toxumasına təsir göstərir.

Miras qeyd edib ki, visseral piylərin miqdarı qismən genetika ilə müəyyən edilir, lakin bu piy sistematik olaraq artıq kalori ilə formalaşmağa başlayır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun