Tibbi xəbərlər
Həkim bel ağrısının aşkar olmayan
Tibbi xəbərlər
255

Həkim bel ağrısının aşkar olmayan səbəblərindən danışıb

Nevroloq Maksim Pankov əzələ problemlərini bel ağrılarının səbəbi adlandırıb.

E-saglam.az-ın məlumatına görə, nevroloq Maksim Pankov bildirib ki, bel ağrısı dayaq-hərəkət sisteminin ən çox görülən pozğunluğudur. O, “İzvestiya” ilə söhbətində bel ağrısının aşkar olmayan səbəblərini sadaladı .

Pankov izah edib ki, halların 90-95 faizində bel ağrısı əzələ, bağ, vətər və ya fəqərəarası disklərlə bağlı problemlər səbəbindən baş verir. Buna səbəb isə fiziki fəaliyyətin artması, ağır idman növləri, yük qaldırmaq, həmçinin oturaq həyat tərzidir.

5-10 faizində bel ağrısı ciddi sağlamlıq problemləri - sinir kökünün zədələnməsi, zədələr, infeksiyalar, romatoid artrit və şişlərin inkişafı səbəbindən baş verir.

Həkim, ağrının ən çox osteoxondroz səbəbiylə meydana gəldiyinə inancını səhv adlandırdı. Onun sözlərinə görə, osteoxondroz bütün insanlarda baş verən təbii degenerasiya, onurğa strukturlarının qocalması prosesidir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun