Tibbi xəbərlər
Həkim Alzheimer xəstəliyinin qarşısını almaq üçün bir məhsuldan
Tibbi xəbərlər
24

Həkim Alzheimer xəstəliyinin qarşısını almaq üçün bir məhsuldan imtina etməyi tövsiyə etdi

Amerikalı nevroloq Austin Perlmutter Alzheimer xəstəliyinin qarşısını almaq üçün bir qidadan imtina etməyi tövsiyə etdi.

E-saglam.az xəbər verir ki, onun məsləhəti "Daily Mail" qəzetində dərc olunub.

Həkimin sözlərinə görə, şəkərli içkilər beyin sağlamlığına zərərlidir. İddialarını dəstəkləmək üçün o, ən çox şəkərli içki qəbul edən insanların Alzheimer xəstəliyinə tutulma riskinin təxminən iki dəfə çox olduğunu göstərən tədqiqatlara istinad etdi.

"Şirin içkilər əksər insanlar üçün heç bir qida dəyəri vermir, həddindən artıq şəkər istehlakı isə metabolik pozğunluqlar və iltihab riski ilə əlaqələndirilir. Bunlar Alzheimer də daxil olmaqla neyrodegenerativ xəstəliklərin inkişaf riskini artıran amillərdir", - deyə Perlmutter xəbərdarlıq etdi.

Nevroloq vurğuladı ki, o, şüurlu şəkildə seçimlərini dəyişdirməyə çalışır və minimum şəkərli və ya şəkərsiz içkilər seçir.

"Bu, çətin ola bilər, amma dad tumurcuqlarınızı daim şəkər və şirniyyat istəməməyə öyrədə bilsəniz, bu, ümumilikdə sizə və xüsusən də beyin sağlamlığınıza fayda verəcək", - deyə o, yekunlaşdırdı.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun