Yay aylarında dəniz və hovuz ləzzətli istirahət anları bəxş etsə də, yaş mayo ilə uzun müddət qalmaq düşündüyünüzdən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bu xüsusda xüsusilə qadınları və uşaqları xəbərdar edirlər.
Nəm paltar – mikrob üçün dəvətdir
Yaş və dar çimərlik geyimi isti havada ideal bakteriya və göbələk mühiti yaradır. Xüsusilə xlorlu hovuz suları dərinin təbii müdafiəsini zəiflədir, bu da infeksiya riskini artırır. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət qadınlarda vaginal floranın pozulmasına, qaşınma, yanma, pis qoxu və axıntı ilə müşahidə olunan göbələk infeksiyalarına səbəb ola bilər.
Mütəxəssis xəbərdarlığı: maksimum 10 dəqiqə!
İnfeksiyalardan qorunmaq üçün hovuz və ya dənizdən çıxan kimi 5–10 dəqiqə içində yaş paltarı çıxararaq qurusuyla əvəzləmək tövsiyə olunur. Bu sadə addım yay aylarında ən çox rastlanan infeksiyaların qarşısını ala bilər.
Sağlam yay üçün 4 vacib qayda:
-
Dəniz və hovuzdan sonra dərhal quru geyimə keçin.
-
Şəxsi dəsmal istifadə edin, gigiyenaya diqqət yetirin.
-
Nəm paltarda oturmaqdan uzaq durun.
-
Gündəlik duş və düzgün gigiyena infeksiya riskini azaldır.
Tərcümə: Könül Oruc