Yuxu mütəxəssisi Hannah Patel gündüz yuxusunun yalnız düzgün qaydalara əməl olunarsa faydalı ola biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, o, HuffPost-a açıqlamasında insanların ən çox yol verdiyi dörd səhvi açıqlayıb.
Patelin sözlərinə görə, gündüz yuxusunun ideal müddəti 30 dəqiqədir. Daha uzun yatdıqda bədən dərin yuxuya keçir və insan yuxudan sonra özünü halsız, hətta əvvəlkindən daha yorğun hiss edə bilər.
Mütəxəssis həmçinin divanda yatmağı səhv adlandırıb. Onun fikrincə, ən yaxşısı pərdələri çəkilmiş və səssiz otaqda, məhz yataqda dincəlməkdir.
Başqa bir vacib məqam otağın temperaturudur. Patel həm gecə, həm də gündüz yuxusu üçün ideal istiliyi 15–20 dərəcə hesab edir.
Tərcümə: Könül Oruc