Qidalanma
Gündə 30 yumurta yedi –
Qidalanma
168

Gündə 30 yumurta yedi – nəticə hamını təəccübləndirdi

ABŞ-ın Oklahoma şəhərindən olan 25 yaşlı bloqer Coşua Allard 5 gün ərzində yalnız yumurta ilə qidalanaraq qeyri-adi pəhriz sınaqdan keçirib.

E-saglam.az xəbər verir ki, o, hər gün 5 dəfə olmaqla, ümumilikdə 30-a yaxın toyuq yumurtası yeyib.

Allard deyib ki, heç bir əlavə qida və ya kreatin qəbul etməyib. Sadəcə yumurta ilə qidalanaraq xeyli arıqlayıb, bədəni formaya düşüb və stress səviyyəsi azalıb. Onun sözlərinə görə, günün sonunda özünü yorğun hiss etsə də, yuxusu yaxşılaşıb.

O, bu pəhrizin asılılıq yaratdığını və gündə 30 yumurtadan çox yeməmək üçün özünü saxlamalı olduğunu bildirib. Lakin belə bir rejimin uzunmüddətli davam etməsinin düzgün olmadığını vurğulayıb.

Mütəxəssislər isə bu cür pəhrizin çoxlu miqdarda xolesterin qəbuluna səbəb ola biləcəyini deyir. Xüsusilə genetik olaraq risk altında olan insanlar üçün bu, sağlamlığa zərər verə bilər. Diyetoloqlar balanslı qidalanmanı tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun