Ginekoloq Yuliya Manevskaya bakirə qadınların ginekoloji müayinəsinin müəyyən xüsusiyyətlərə malik olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, bakirə qadınların müayinəsi cinsi əlaqədə olmuş qadınlardan fərqli aparılır. Belə hallarda həkim vaginal müayinəni yalnız xarici şəkildə həyata keçirməlidir və daxili müdaxilələrdən çəkinməlidir.
Manevskaya ultrasəs müayinəsinin də fərqli üsulla aparıldığını qeyd edib. Onun sözlərinə görə, bakirə qadınlarda ultrasəs adətən qarın üzərindən – transabdominal üsulla həyata keçirilir.
Həkim əlavə edib ki, bəzi hallarda qarın nahiyəsində yağ təbəqəsi səbəbindən görüntü tam aydın olmaya bilər. Bu zaman müayinə rektal üsulla aparıla bilər.
Ginekoloq həmçinin vurğulayıb ki, belə müayinələr zamanı həkimlər xüsusilə diqqətli və etik davranmalı, pasiyentin həssaslığını nəzərə almalıdır.
Tərcümə: Könül Oruc