Tibbi xəbərlər
Gənc oğlan telefonla danışanda qəfil yorğunluq hissi etdi,
Tibbi xəbərlər
125

Gənc oğlan telefonla danışanda qəfil yorğunluq hissi etdi, ciddi xəstəliyin əlaməti imiş

23 yaşlı britaniyalı tələbə Aleks Uorvik telefonda danışarkən qəfil yorğunluq və gücsüzlük hiss edib.

E-saglam.az xəbər verir ki, bir neçə saniyə ərzində hər iki qolu o qədər zəifləyib ki, danışmağı belə davam etdirə bilməyib. Hadisədən sonra evə qayıdan gənc oğlan şiddətli baş ağrısı və qusma ilə üzləşib.

Xəstəxanada aparılan müayinələr zamanı ona aqressiv inkişaf edən IV mərhələ qlioma diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, bu növ beyin şişi qlioblastoma kimi müalicə olunur və erkən aşkarlanmadıqda sürətlə irəliləyə bilir.

Aleks deyir ki, yorğunluq, qollarda zəiflik və nitqin qısa müddətli pozulması kimi ilk əlamətlər diaqnozdan bir neçə il əvvəl özünü göstərsə də, o zaman müraciət etdiyi həkimlər bu şikayətləri ciddi saymayıblar. Məhz buna görə də simptomlar uzun müddət diqqətdən kənarda qalıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun