Gədəbəydə qorxduğumuz şey nədir? - Ekoloji fəlakət
2000-ci ildə Ruminiyada qızıl mədənlərindən birinin (Baia Mare) sianid gölü qarşısında 2 bənd olmağına baxmayaraq yağan qar ucabatından daşaraq Tisa və Dunay çaylarına qarışmış və nəticədə minlərlə canlını məhv etmişdi! Bu hadisə Çernobildən sonra Avropadakı ikinci ən böyük dəhşətli qəza heab olunur! Hətta qəza yerindən 2000 km uzaqdakı suda belə normal həddən çox miqdarda sianid aşkarlanmış, təkcə Macarıstanda 1000 tondan çox ölü balıq, yüzlərlə ölü quş, tülkü, samur qeydə alınmışdı! Üstəgəl suda arsen, qurğuşun, mis, dəmir, sink kimi ağır metalların miqdarı artmış və bu hələ də ətraf mühitə təsir etməyə davam edir. Ruminyada qəza bölgədəsindəki uşaqların qanında normaldan 2,5 dəfə çox qurğuşun aşkarlanıb!
Sianid təbii halda az miqdarda (<0.05 qr/l) suda və bəzi bitki toxumlarında rast gəlinən maddədir. Ona görə alma, armud, gilas kimi meyvələrin toxumlarını yemək tövsiyyə olunmur. Sizi zəhərləyəcək dozada sianid qəbul etmək üçün ən azı 150 ədəd alma toxumunu bir dəfəyə yeməlisniz. Sianid istehlak olunarkən bədəndəki hidrogenlə qarışaraq Sianid Turşusu (Hidrogen Sionid, HCN) əmələ gətirir. Onun ölümcül olması üçün 1-3 mq/kq (bədən çəkisi) qədər istehlakı lazımdır. Ümumdünya Səhiyyə Təşkilatına görə sianid buxar formasında tənəffüs edildikdə daha təhlükəlidir. Tənəffüs edilən sianid miqdarı 120–150 mq/m3 çatsa 20-60 dəq, 300 mq/m3-a çatdıqda isə dərhal ölüm baş verir. Qızıl mədənlərindəki göllərdən yayda sianidin buxarlanaraq havaya qarışması qaçınılmazdır, çünki sianid turşusunun qaynama temperaturu 25,60 °C-dir.
Sianidin insan bədənində ən çox neqativ təsir etdiyi orqan beyindir. Əlavə olaraq ürək-damar, qaraciyər, ağciyər, tiroid toksikliyi kimi xəstəlikləri də yaradır. Həmçinin bəzi mənbələr cinsi sağlamlığa da mənfi təsir edə biləcəyini qeyd edir (ən azı test edilmiş erkək siçanlarda sperm sayında 7-13% azalma qeydə alınıb).
Qızıl mədənlərində qlobal təcrübədə 0.01-0.05 % diapozununda Natrium Sianid (Sianid duzu) məhlulundan istifadə olunur, hansı ki, insan üçün olduqca təhlükəlidir! Hətta bu maddənin istifadəsini azaltmağı öhdəsinə götürmüş mədənlərin könüllü qoşulduğu “International Cyanide Management Code”- da var. Kənar təsirləri nəzərə alaraq bəzi yerlərdə isə ümumiyyətlə qızıl mədənində sianid göllərinin istifadəsinə qadağa da qoyub: Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Argentinanın bəzi bölgələri və ABŞ-ın Montana ştatı. Bu qərar 2000-ci ildəki qəzadan sonra verilib.
Mənbə: Zülfü Fərəcli | ecofront