Sağlamlıq
Gec yatmağa öyrəşmiş insanlar üçün erkən oyanma
Sağlamlıq
13

Gec yatmağa öyrəşmiş insanlar üçün erkən oyanma sağlamlığa necə təsir edir?

Somnoloq Sofiya Çerkasova xəbərdarlıq edir ki, gec yatmağa öyrəşmiş insanlar üçün erkən oyanma sağlamlığa mənfi təsir göstərə bilər. Mütəxəssisin sözlərinə görə, əsas risk oyanma saatı deyil, insanın daxili bioloji ritmi ilə gündəlik rejimin uyğun olmamasıdır.E-saglam.az xəbər verir ki,

E-saglam.az xəbər verir ki, əgər insan erkən saatlarda oyanmağa məcbur qalır, lakin vaxtında yuxuya gedə bilmirsə, orqanizmdə xroniki yuxu çatışmazlığı yaranır. Bu vəziyyət sirkadian ritmin pozulmasına səbəb olur və bədənin təbii bioloji prosesləri ilə gündəlik rejim arasında uyğunsuzluq yaradır.

Sofiya Çerkasova bildirir ki, bu cür uzunmüddətli pozuntu yaddaş və diqqətin zəifləməsinə, iş məhsuldarlığının azalmasına, narahatlıq və depressiya riskinin artmasına səbəb ola bilər. Eyni zamanda çəki artımı, maddələr mübadiləsinin pozulması, qan təzyiqində dəyişikliklər və ürək ritmində problemlər də yarana bilər.

Mütəxəssis qeyd edir ki, bioloji ritm müəyyən dərəcədə tənzimlənə bilər, lakin bu proses tədricən aparılmalıdır. Yuxu və oyanma saatlarının qəfil dəyişdirilməsi orqanizmə əlavə stress yaradır.

Əgər erkən oyanma davamlı yorğunluq, əsəbilik və sağlamlıq problemləri ilə müşayiət olunursa, gündəlik rejimin yenidən nəzərdən keçirilməsi tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun