Gündəlik quru gavalı yemək həzmi yaxşılaşdırmaqla yanaşı, ürək sağlamlığına da müsbət təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, diyetoloq Andrea N. Giancoli ürək-damar xəstəlikləri ilə mübarizədə bu quru meyvənin faydalarını sübut edən araşdırmalardan danışıb.
Alimlər belə nəticəyə gəliblər ki, gündəlik 50-100 qram gavalı (5-10 ədəd) istehlakı "pis" xolesterinin səviyyəsinin azalması, oksidləşdirici stressin və iltihabın azalması ilə əlaqələndirilir. Bunlar ürək xəstəliyi üçün əsas risk faktorlarıdır.
Hansı daha yaxşıdır: qurudulmuş gavalı və ya təzə gavalı soruşduqda, diyetoloq cavab verdi ki, gavalı qurutma qida maddələrinin konsentrasiyasını artırır və saxlama müddətini uzadır. Ancaq təzə gavalıdan eyni fayda əldə etmək üçün onlardan daha çox yemək lazımdır. Bu arada, bu seçimlərin hər ikisi lifdən məhrum olan şirədən daha yaxşıdır.
Tərcümə: Könül Oruc