Tibbi xəbərlər
Fitnes bloggeri gənə dişləməsindən sonra
Tibbi xəbərlər
185

Fitnes bloggeri gənə dişləməsindən sonra iflic olub

Fitnes blogger Mariya Palen gənə dişləməsi səbəbilə iflic qaldığını bildirib. Onun sözlərinə görə, hadisə 2024-cü ilin payızında baş verib.

E-saglam.az xəbər verir ki, hadisə 2024-cü ilin payızında baş verib. Gənə dişlədikdən sonra orqanizminə hansı infeksiyanın keçdiyi hələ də dəqiq bilinmir.

“Mən həmişə sağlam həyat tərzi sürmüşəm. Ancaq bu dəfə idman və düzgün qidalanma da heç nəyə kömək etmədi,” – deyə Mariya bildirib. Gənənin ötürdüyü mikroorqanizmlər onun immun sisteminə ciddi zərər verib və bu, ifliclə nəticələnib.

Blogger xəstəlik səbəbindən 20 kilo arıqladığını deyir. O hələ də tam sağalmayıb. Həkimlər müalicə planını vəziyyətinə uyğun olaraq vaxtaşırı dəyişirlər. Mariya tezliklə sağalacağına ümid edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun