Sağlamlıq
Evdə hazırlanmış konservlərin
Sağlamlıq
151

Evdə hazırlanmış konservlərin ən təhlükəlisi müəyyən edilib

Diyetoloq Elena Solomatina evdə hazırlanmış konservlərin sağlamlıq üçün ciddi təhlükə daşıya biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, o, "Life.ru"ya müsahibəsində mövsümi qoruqlar arasında ən təhlükəli növün göbələk konservləri olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, göbələyin məsaməli quruluşu və torpağa yaxın böyüməsi klostridium sporlarının orada yaşamasına şərait yaradır. Bu bakteriyalar botulizm adlanan ölümcül xəstəliyə səbəb olan toksin ifraz edir. “Botulinum toksini xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün son dərəcə təhlükəlidir”, – deyə Solomatina xəbərdarlıq edib.

O əlavə edib ki, klostridium sporları beş saatdan az qaynadıqda məhv olmur. Bəzi hallarda isə onlar uzun müddət hərəkətsiz qala bilər və hətta altı ay sonra aktivləşərək təhlükə yarada bilər.

Ekspertin sözlərinə görə, botulizmdə müşahidə olunan əlamətlər çox vaxt insult və ya keçici işemik hücumun simptomlarına bənzəyir. Buna görə də ailənin göbələk konservi yediyini bilməyən təcili yardım həkimləri vəziyyəti səhv qiymətləndirə bilərlər.

Solomatina insanlara keyfiyyətinə tam əmin olmadıqları göbələk konservlərini yeməməyi və hətta mağazalardan da belə məhsulları almamağı tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun