Tibbi xəbərlər
"Etalon" hospitalda növbəti faciə: Məşhur psixoloq
Tibbi xəbərlər
118

"Etalon" hospitalda növbəti faciə: Məşhur psixoloq plastik əməliyyatdan sonra öldü

Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib.

E-saglam.az xəbər verir ki, bu barədə teleqraf.аz-a onun yaxınları məlumat verib.

Bildirilib ki, məşhur kouç (şəxsi inkişaf mütəxəssisi - red.) və psixoloq Nilufər Abdulla "Etalon" hospitalda plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.

1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

Qeyd edək ki, liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdominoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun