Tibbi xəbərlər
Ən çox şişkinlik yaradan gündəlik
Tibbi xəbərlər
75

Ən çox şişkinlik yaradan gündəlik qidalar açıqlanıb

Həkimlər bildirirlər ki, bir sıra gündəlik qidalar həzm sistemini yükləyərək qarında şişkinlik və narahatlıq yaradır.

E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, səbəb bu qidaların tərkibindəki qaz əmələ gətirən maddələr, yüksək duz və ya həzm olunması çətin liflərin olmasıdır.

Şişkinliyə ən çox səbəb olan qidalar arasında paxlalılar (noxud, lobya, mərci), qazlı içkilər, ağ çörək və xəmir işləri, duzlu pendirlər, hazır souslar, qızardılmış yeməklər və şəkərli məhsullar öndə dayanır. Bundan başqa, süd və süd məhsullarına qarşı həssaslığı olan insanlarda laktoza çatışmazlığı səbəbindən əlavə narahatlıq yaranır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, davamlı şişkinlik yaşayan insanlar porsiya ölçüsünü azaltmalı, su qəbulunu artırmalı və qaz yaradan qidaları daha az istifadə etməlidirlər. Lazım gəldikdə isə həkimə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun