Tibbi xəbərlər
Əllərdə və ayaqlarda gecə
Tibbi xəbərlər
256

Əllərdə və ayaqlarda gecə "yanma hissi" nədən olur?

Axşam saatlarında və xüsusilə yatmağa yaxın əllərdə və ayaqlarda yanma, sızlama və ya qıcıqlanma hissi yaşayırsınızsa, bu sadəcə yorğunluq deyil.

E-saglam.az xəbər verir ki, nevropatoloqlar bildirirlər ki, bu hisslər sinir sistemində baş verən gizli problemlərin ilk əlaməti ola bilər.

Səbəb nə ola bilər?

Həkimlərin fikrincə, bu tip yanma hissi sinirlərin zədələnməsinə və ya qıcıqlanmasına bağlı ola bilər. Bu vəziyyətə periferik neyropatiya deyilir. Ən çox şəkərli diabet, B12 vitamini çatışmazlığı, uzunmüddətli stress, xroniki alkoqol istifadəsi və ya gizli böyrək və qaraciyər pozuntuları zamanı rast gəlinir.

Gecələr niyə artır?

Axşamlar bədən istirahətə keçdiyindən sinir sistemindəki bəzi duyğular daha aydın hiss olunur. Qan dövranı dəyişdiyi üçün ilıq və ya isti hisslər güclənə bilər.

Nə etməli?

Əgər bu hisslər hər gün təkrarlanırsa və xüsusən yuxunuza mane olursa, nevroloji müayinədən keçmək tövsiyə olunur. Bəzən sadə qan analizi ilə vitamin çatışmazlığı və ya diabet riski ortaya çıxır.

Evdə nəyə diqqət etməli?

  • Gecə çox dar corab geyinməyin

  • Bədəni susuz qoymayın

  • Gün ərzində uzun müddət oturmamağa çalışın

  • B12 və maqnezium baxımından zəngin qidalar yeyin

Mütəxəssislər bu simptomların "kiçik bir əlamət kimi" qiymətləndirilməməsi gərəkdiyini bildirirlər. Çünki vaxtında tədbir görülmədikdə bu narahatlıq sinir sistemində qalıcı zədələnməyə çevrilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun