Faydalı
Elderberry (qara mürvər): faydaları nələrdir və niyə hər gün yemək
Faydalı
201

Elderberry (qara mürvər): faydaları nələrdir və niyə hər gün yemək tövsiyə olunur?

Qara mürvər (elderberry) — qədimdən xalq təbabətində geniş istifadə olunan faydalı bir bitkidir.

E-saglam.az xəbər verir ki, onun meyvələri, çiçəkləri, qabığı və yarpaqları müalicə məqsədi ilə istifadə olunur. Qədim Yunanıstanda belə mürver immuniteti gücləndirmək, soyuqdəyməni müalicə etmək və ürək sağlamlığını dəstəkləmək üçün tövsiyə olunurdu.

Qara mürvərin əsas faydaları:

  • İmmunitet sistemini gücləndirir

  • Soyuqdəymə zamanı öskürək və burun axıntısını azaldır

  • Mədə-bağırsaq sistemini tənzimləyir

  • Sidikqovucu və yüngül laksatif təsir göstərir

  • Sinir sistemini sakitləşdirir

  • Toksinləri bədəndən çıxarır

Mürvərin tərkibində A, B, C vitaminləri, dəmir, sink, maqnezium, həmçinin antioksidantlar, üzvi turşular və pektinlər var. Bu maddələr immun sistemini gücləndirməklə yanaşı, damar sağlamlığını da qoruyur.

Kimlərə tövsiyə olunur?

Mürver artrit, artroz, bronxit, böyrək xəstəlikləri, mədə-bağırsaq pozğunluqları və endokrin sistem problemlərində faydalıdır. Həmçinin dəri problemləri, baş ağrıları, virus xəstəlikləri və hətta depressiya zamanı istifadə edilir.

Arıqlamağa necə kömək edir?

Mürvər maddələr mübadiləsini sürətləndirir, hormonları tarazlaşdırır və iştahı azaldır. Onun aşağı kalorili (100 q-da təxminən 74 kkal) olması da arıqlamaq istəyənlər üçün uyğun edir.

Qeyd: Mürver, sağlam həyat tərzi üçün əla dəstəkdir. Amma istifadədən əvvəl allergiya və ya xüsusi tibbi vəziyyətləriniz varsa, həkimlə məsləhətləşmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun