Tibbi xəbərlər
Əl, göz və ayaqdakı səyirmələrə təsirli təbii həll:
Tibbi xəbərlər
321

Əl, göz və ayaqdakı səyirmələrə təsirli təbii həll: Cəmi 2 məhsul bəs edir

Gündəlik stress, nizamsız qidalanma və yorucu həyat tərzi bədəndə müxtəlif siqnallarla özünü göstərə bilər. Bu siqnallardan biri də göz, əl və ya ayaq əzələlərində qəfil və istəmədən baş verən səyirmələrdir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin çox zaman laqeyd yanaşıldığını, lakin sinir və əzələ sistemi ilə birbaşa əlaqəli olduğunu bildirir.

Əsas səbəb: maqnezium və kalium çatışmazlığı

Amerika Klinik Nevrologiya Assosiasiyasının araşdırmasına görə, bu cür səyirmələrin əsas səbəbi maqnezium və kalium çatışmazlığıdır. Tədqiqatlar göstərir ki, maqneziumun müntəzəm qəbulu əzələlərin rahatlamasına və səyirmələrin azalmasına kömək edir.

Banan və balqabaq tumu sinir sistemini dəstəkləyir

Qidalanma mütəxəssisləri bu problemlə mübarizədə iki əsas məhsulun faydasını önə çəkir: banan və çiy, duzsuz balqabaq tumu.

Banan — kalium və B6 vitamini ilə zəngindir, əzələlərin funksiyasını tənzimləyir.

Balqabaq tumu isə maqnezium baxımından güclü qaynaqdır, əzələ spazmlarını azaldır və sinir sistemini sakitləşdirir.

Axşam saatlarında qəbul faydanı artırır

Bu iki məhsul birlikdə qəbul edildikdə, həm əzələ gərginliyini azaldır, həm də daha dərin və keyfiyyətli yuxuya şərait yaradır.

Sadə resept belədir:

1 ədəd yetişmiş banan püre halına gətirilir və üzərinə 1 ovuc çiy, duzsuz balqabaq tumu əlavə olunur. Bu qarışım təkbaşına və ya qatıqla birlikdə ara öyün kimi istifadə edilə bilər.

Mütəxəssislər bildirir ki, bu qarışımı gündə 1 dəfə qəbul etdikdə, 5-7 gün ərzində göz səyirmələrində azalma, əzələlərdə rahatlama və ümumi yüngüllük hissi müşahidə olunur.

Təkcə bədəni deyil, ruh halını da yaxşılaşdırır

Bananın tərkibindəki triptofan maddəsi serotonin səviyyəsini artıraraq əhvalı yaxşılaşdırır. Balqabaq tumu isə sakitləşdirici təsiri ilə diqqət çəkir. Bu iki məhsulun birləşməsi həm əzələlərə, həm də zehni rahatlığa dəstək verir.

Qeyd edək ki, bu üsul tibbi müalicə deyil, lakin bol su içmək və balanslı qidalanma ilə birlikdə istifadə olunduqda daha effektiv nəticə verir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun