Tibbi xəbərlər
Əhməd Əhmədzadənin fəaliyyəti dərindən araşdırılmağa başlayıb -
Tibbi xəbərlər
569

Əhməd Əhmədzadənin fəaliyyəti dərindən araşdırılmağa başlayıb - İşçi qrupu yaradıldı

Özünü travmatoloq kimi təqdim edən və bəzi əməliyyatlarda iştirak etdiyi iddia olunan Əhməd Əhmədzadənin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar çərçivəsində "MedEra Hospital" MMC və "Türkmed Medical Center" MMC-yə məxsus özəl tibb müəssisələrinin rəhbərləri AEM-ə izahat təqdim ediblər.

"MedEra Hospital" rəhbərliyi izahatında Əhməd Əhmədzadənin klinik assistent vəzifəsində çalışdığını, onunla bağlanmış əmək müqaviləsinə 2025-ci il iyunun 18-də xitam verildiyini bildirib.

"Türkmed Medical Center" rəhbərliyi isə qeyd edib ki, Əhməd Əhmədzadə bu tibb müəssisəsində tibbi fəaliyyət göstərməyib və yalnız orada çalışan atası ilə bağlı olaraq klinikaya gəlib.

"Lakin təqdim olunan izahatlardan sonra mediada yayımlanan videomateriallarda Əhmədzadənin adıçəkilən klinikalardan birində tibbi fəaliyyət göstərdiyinə dair görüntülər yer alıb. Bu səbəbdən AEM tərəfindən məsələnin daha ətraflı araşdırılması məqsədilə işçi qrupu yaradılıb və əlavə yoxlamalara başlanılıb.

Hazırda araşdırmalar davam edir. Proses başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq", - deyə məlumatda bildirilib.

AEM vətəndaşlara çağırış edərək bildirib ki, özəl tibb müəssisələrində qeyri-qanuni tibbi fəaliyyət və ya şübhəli hallarla rastlaşdıqda aşağıdakı vasitələrlə məlumat versinlər:

"Bir pəncərə" sektoru

Qaynar xətt: (012) 596 05 20

E-poçt: [email protected]

Veb-sayt: www.pharma.az ("Müraciət" bölməsi)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun