Tibbi xəbərlər
Dünyada İLK: Qadın HİV virusundan sağalıb
Tibbi xəbərlər
141

Dünyada İLK: Qadın HİV virusundan sağalıb

ABŞ-da qadın HİV-dən sağalıb.

E-saglam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda leykozdan müalicə olunan qadının 14 aydır ki, HİV-dən sağaldığı qeyd edilib.

Xəstənin dünyada HİV-dən sağalmış üçüncü şəxs və ilk qadın olduğu güman edilir.

Bununla belə, alimlər göbək qanı ilə transplantasiya metodunun HİV-ə yoluxmuş insanların əksəriyyəti üçün uyğun ola bilməyəcək qədər riskli olduğunu vurğulayırlar.

Xəstənin nümunəsi Denverdə keçirilən tibbi konfransda təqdim edilib və bu metodun HİV-in funksional müalicəsi kimi ilk dəfə istifadəsi qeyd olunub.

Qeyd edilir ki, xəstəyə xərçəng xəstəliyi müalicəsinin bir hissəsi olaraq göbək qanı köçürüldü və həmin vaxtdan HİV-dən müalicə üçün lazım olan antiretrovirus dərmanları qəbul etməyə ehtiyac olmayıb.

Bu, ABŞ-da xərçəng və digər ağır xəstəliklərin müalicəsi üçün eyni növ qanköçürmə almış HİV-ə yoluxmuş insanlar üzərində aparılan genişmiqyaslı tədqiqatın bir hissəsi idi.

Alimlər hesab edirlər ki, bu, transplantasiya edilənlərin immun sistemində HİV-ə qarşı müqavimət yarana bilər. /Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun