Sosial
DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına
Sosial
206

DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir

Pensiya və sosial ödəniş alan vətəndaşların xüsusi endirim barkodundan daha rahat yararlanmaları məqsədilə DOST mərkəzlərində onlara dəstək göstərilir.

E-saglam.az xəbər verir ki, bəzi vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməkdə çətinlik çəkməsini nəzərə alaraq, DOST könüllüləri pensiya və sosial ödəniş alan şəxslərə tətbiqin quraşdırılması, qeydiyyatın tamamlanması və endirim barkodunun aktivləşdirilməsi prosesində kömək edirlər.

Qeyd edək ki, “mygov” tətbiqində təqdim olunan xüsusi endirim barkodu vasitəsilə yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, müavinət, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar, qazilər, müharibə veteranları və şəhid ailə üzvləri ölkə üzrə müxtəlif tərəfdaş marketlər, apteklər və klinikalarda endirimlərdən yararlana bilirlər.

Layihənin əsas məqsədi sosial ödəniş alan vətəndaşların bu imkandan daha geniş şəkildə istifadə etməsinə şərait yaratmaqdır. Məhz bu səbəbdən DOST mərkəzlərində göstərilən dəstək xidmətləri vətəndaşların endirim barkodunu əldə etməsinə və ondan istifadəyə yönəlib.

Sosial ödəniş alan vətəndaşlar onlara ən yaxın DOST mərkəzinə müraciət edərək “mygov” tətbiqində qeydiyyatdan keçə, endirim barkodunu aktivləşdirə və tərəfdaş müəssisələrdə təqdim olunan güzəştlərdən faydalana bilərlər. Qeydiyyat üçün vətəndaşın mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etməsi kifayətdir.

Ətraflı məlumat üçün 010 712 73 12 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun