Qidalanma
Dondurmanı səhv zamanda yemək infarkta səbəb ola bilər –
Qidalanma
139

Dondurmanı səhv zamanda yemək infarkta səbəb ola bilər – kardioloqdan vacib xəbərdarlıq

Yay istisində sərinlədən dondurma, əslində ürəyiniz üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu barədə xəbərdarlıq edir: “Çox isti havada bədən temperaturu yüksəlmiş vəziyyətdə soyuq dondurma yemək damarların ani daralmasına səbəb ola bilər. Bu da ürək spazmına, hətta infarkta yol aça bilər”.

Mütəxəssisin sözlərinə görə, xüsusilə ürək-damar xəstəliyi olan şəxslər, yaşlılar və yüksək təzyiqdən əziyyət çəkənlər diqqətli olmalıdır.

Bəs nə etməli?

Dondurmanı birbaşa günün altında deyil, kölgədə və ya sərin məkanda, tələsik deyil, asta-asta yemək tövsiyə olunur. Həmçinin, isti havada ağır yeməklərdən və qazlı içkilərdən uzaq durmaq da ürək sağlamlığı üçün vacibdir.

Unutmayın, yay həm istirahət, həm də sağlamlıq baxımından riskli mövsümdür. Sadə ehtiyat tədbirləri sizi böyük fəsadlardan qoruya bilər.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun