Qidalanma
Doktor Myasnikov göbələklərdəki təhlükəli element barədə
Qidalanma
132

Doktor Myasnikov göbələklərdəki təhlükəli element barədə xəbərdarlıq etdi

Doktor Myasnikov göbələklərin tədqiqi və toplanması ilə bağlı çoxillik təcrübəyə əsaslanaraq, onların təhlükələrindən danışdı.

E-saglam.az xəbər verir ki, həkim bildirib ki, uzun müddətdir ki, məhsul "meşə əti" hesab olunurdu, lakin onların tərkibində yalnız 3% protein olduğu ortaya çıxdı:

"Bundan əlavə, tərkibində xitin olduğu üçün bədən tərəfindən zəif əmilir. Maddə göbələklərin hüceyrə divarlarının bir hissəsidir, onları mexaniki, kimyəvi və digər ətraf mühit təsirlərindən qoruyur.

Məhsulun təhlükəsi ondan ibarətdir ki, o, torpaqdan və sudan zərərli maddələri, o cümlədən ağır metal duzlarını udmaq qabiliyyətinə malikdir. Buna görə də bir çox insanlar göbələkləri süni şəkildə yetişdirməyə üstünlük verirlər: bu yolla onların keyfiyyətinə nəzarət etmək olar.

Həm də göbələkləri qızardırıq! Yadınıza salın, qızartmağa nə qədər kərə yağı gedir?! Beləliklə, məlum olur ki, biz çoxlu miqdarda heyvan "doymuş" yağları və ilk dəfə tarantulaların ayaqlarından təcrid olunmuş və yalnız sonradan göbələklərdə tapılan xitin yeyirik. Və bu, ən yaxşı halda, ən pis halda - üstəgəl bütün dövri cədvəldir.

Bununla belə, məhsuldan imtina etmək lazım deyil. Bütün mümkün riskləri nəzərə alaraq ehtiyatla və mülayim şəkildə istehlak edilməlidir".

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun